Bakı Biznes Universitetinin müəllifliyi ilə Avropa Komissiyasına təqdim edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması (ECAR)” layihəsi Azərbaycan ali təhsil sistemində milli şəbəkələşmənin və əməkdaşlığın inkişafı istiqamətində mühüm addımdır. Qürurhissi ilə qeyd etmək olar ki, dörd il ərzində çox böyük uğurla icra olunan bu layihədə qarşıya qoyulan bütün məqsəd və hədəflərə nail olunmuşdur. 2020-ci ildə Layihə Azərbaycanın 15 ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başlamış, 2024-cu ildə bu say 23-ə çatmışdır.
Layihə milli kontekstdə universitetlərarası əməkdaşlığı və şəbəkələşməni inkişaf etdirməklə Azərbaycan ali təhsil müəssisələrinin keyfiyyətini, rəqabət qabiliyyətini və qlobal inteqrasiyasını əhəmiyyətli dərəcədəartırmağı hədəfləyir.
Layihədə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədqiqat və təkmilləşdirmə fəaliyyətinin gücləndirilməsi, universitetlərin sosial və iqtisadi inkişafa töhfələrinin artırılması kimi məsələlər diqqət mərkəzində olmuşdur.
ECAR layihəsi, Azərbaycanda Rektorlar Birliyinin yaradılması vasitəsilə, ali təhsil müəssisələri arasında mühüm məsələlərin müzakirəsi, bilik və təcrübənin paylaşılması, sahələr üzrə fəaliyyətlərin təşkili və qarşılıqlı dəstək mədəniyyətinin inkişaf etdirilməsi yolu ilə ölkənin ali təhsil sektorunun keyfiyyət və effektivliyinin artırılmasına töhfə verir. Bu proses, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq miqyasda rəqabət qabiliyyətinin gücləndirilməsi və milli inkişaf strategiyaları ilə tam uyğunlaşdırılmasına yönəlmişdir.

Ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlıq fəaliyyətlərinin dərin və sistemli təhlilinin aparılması və sahə üzrə hesabatın hazırlanması, hesabat əsasında ehtiyacların müəyyənləşdirilməsi və üç illik fəaliyyət planının hazırlanması, bu kontekstdə Avropa tərəfdaşlarının təcrübələrindən yararlanaraq, Azərbaycan ali təhsil müəssisələrinin birgə səs kimi hərəkət etmələrini təmin edəcək könüllü birliyin yaradılması və universitetlər arasındaeffektiv məlumat paylaşımını təmin edəcək bir platformanın qurulması layihənin əsas hədəflərindəndir.Layihənin digər əsas komponenti Rektorlar Konfransı çərçivəsində ali təhsilin inkişafının mühüm aspektlərinə həsr olunmuş “Tədris işləri və keyfiyyət təminatı”, “Elm və innovasiya”, “Beynəlmiləlləşmə”, “Strateji inkişaf” və “Tələbə və məzunlarla iş” üzrə ixtisaslaşdırılmış komitələrin yaradılmasıdır.
ECAR Layihəsi universitetlərin birgə təşəbbüsü ilə Azərbaycanda inteqrasiya olunmuş, əməkdaşlıq edən və qlobal səviyyədə məlumatlı ali təhsilsisteminə doğru paradiqma- nın dəyişməsini təmsil edir.
Ümumi məqsəd və xüsusi hədəflər
Layihənin ümumi məqsədi ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsidir.

Ümumi məqsəd əsasında aşağıdakı hədəflər müəyyənləşdirilmişdir.
1. Ali təhsil müəssisələri arasında milli zəmində şəbəkələşmə və əməkdaşlığın mövcud vəziyyətinin təhlil edilməsi;
2. Azərbaycan Rektorlar Şurasına dair mövcud Əsasnamənin təhlili və təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
3. Rektorlar konfransının hüquqi və təşkilati strukturunun müəyyənləşdirilməsi və təşkilati sənədlərinin hazırlanması;
4. Layihə çərçivəsində pilot komitələrin yaradılması;
5. Ali təhsil müəssisələrinin birgə fəaliyyətlərinin inkişaf etdirilməsi məqsədi İLə strateji planın hazırlanması və ilk ilinə dairfəaliyyətlərin icrası;
6. Ali təhsil müəssisələri, onların uğurları, qarşılaşdıqları problemlər və müxtəlif sahələr üzrə aparılan təhlil nəticələrinin bütün maraqlı tərəflərə çatdırılması məqsədi ilə vahid informasiya və kommunikasiya platformasının yaradılması.

Rektorlar Konfransının yaradılması üzrə ehtiyacların müəyyənləşdirilməsi
Layihənin hazırlanması mərhələsində ali təhsil müəssisələrinin milli səviyyədə əməkdaşlıqlarının mövcud vəziyyətinə dair təhlil aparılmış və aşağıda qeyd olunan ehtiyaclar müəyyənləşdi ritmişdir:
• ali təhsil müəssisələri ilə dövlət qurumları və digər müvafiq maraqlı tərəflərarasında əməkdaşlıq, şəbəkələş- mə və kommunikasiya əlaqələrinin zəif inkişafı;
• Azərbaycanın ali təhsil müəssisələri arasında birgə elmi layihələrin təşviqi, qabaqcıl təcrübələrin mübadiləsi və milli səviyyədə sahə üzrə əməkdaşlığın genişləndirilməsinə dəstək olan platforma sisteminin mövcud olmaması;
• milli səviyyədə təhsil siyasətinin formalaşdırılmasında və ali təhsil müəssisələrinin maraqlarının müdafiəsində universitetlərin iştirakının zəif olması;
• ali təhsil müəssisələrinin fəaliyyətinə dair normativ hüquqi sənədlərin, həmçinin qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsində universitetlərin iştiraklarının zəif olması;
• universitet maraqlarını və ehtiyaclarını müdafiə edən, universitetlərin vahid səsinə çevrilmiş bir qurumun olmaması;
• akademik standartların unifikasiyası, təkmilləşdirilməsi, təhsilin ardıcıllığının və keyfiyyətinin təmin edilməsi istiqamətində universitetlərin birgə fəaliyyət göstərməməsi;
• Universitetlərarası resurs mübadiləsinin zəifliyi;
• ali təhsil müəssisələrinin təhsil və tədqiqat sahəsində müqayisə və əməkdaşlığa həsr olunmuş milli platformanın olmaması.
Bu ehtiyacların ödənilməsi məqsədilə Layihə Rektorlar Konfransının yaradılması təklifini irəli sürür və bu sahədə fəaliyyətlərin sistemləşdirilməsini hədəfləyir. ECAR layihəsi tarixi konteksti, cari çağırışları və gələcək imkanları nəzərə alaraq, bu tövsiyə və təklifləri əsasında Azərbaycan ali təhsilsisteminin spesifik ehtiyaclarına cavabverən müzakirə və məsləhət platformasının yaradılmasına və inkişafına dəstək olmaq məqsədi ilə yazılmışdır. Rektorlar Konfransı, universitet rəhbərlərinin birgə fəaliyyətini təmin edərək, universitet fəaliyyətlərinin əlaqələndirilməsi, təcrübə və bilik mübadiləsi, keyfiyyət təminatı və strateji idarəetmə ilə bağlı ümumi məsələlərin müzakirəsi və milli səviyyədə ali təhsil müəssisələrinin üzləşdiyi problemlərin həlli üçün ümumi birplatformatəklifedir.
Azərbaycanda Rektorlar Konfransının yaradılması üçün bir sıra cəhdlər olmuşdur, ilk təşəbbüs 18 sentyabr 1996-cı ildə Təhsil Nazirliyinin əmri ilə qəbul edilmiş, 25 sentyabr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qərarı ilə qeydə alınmış Azərbaycan Respublikası dövlət ali təhsil (orta ixtisas peşə] müəssisələrinin rektorlar (direktorlar) şurası haqqında Əsasnamə olmuşdur. Rektorlar Şurası təhsil müəssisələrinin, ali təhsil və ali təhsildən sonrakı təhsilin inkişafı, tədris prosesinin, elmi işin, elmi-pedaqoji və digər işçilərin ixtisasının artırılmasının və yenidən hazırlanmasının təşkili, müsbət təcrübənin ümumiləşdirilib yayılması, Respublikada təhsil sisteminin təkmilləşdirilməsi, habelə ali təhsil müəssisələri kollektivləri üzvlərinin
sosial müdafiəsi, ali məktəbin Respublikanın sosial iqtisadi və mədəni inkişafına təsirinin gücləndirilməsi istiqamətlərində fəaliyyətlərini əlaqələndirmək məqsədilə de- yure yaradılmış, lakin de-fakto olaraq sistemli fəaliyyəti təmin edilməmişdir. 2009-2013-cü illərdə, islahatlar üzrə Dövlət Proqramına Rektorlar Şurasının inkişaf etdirilməsinə dair islahatlar daxil edilsə də Rektorlar Şurasının fəaliyyəti aktivləşdirilməmişdir. 2015-2017-ci illəri əhatə edən ‘Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi (AZ-ad-EHEA)” layihəsi adı altında həyata keçirilən Tvinninq layihəsinin ali təhsilin inkişafına dair hazırladığı tövsiyələr içərisində Azərbaycan Rektorlar Konfrasının yaradılmasına dairtəkliflər hazırlanmış və bu məsələyə dair müxtəlif səpkidə görüşlər təşkil olunmuşdur.
ECAR layihəsi tarixi konteksti, cari çağırışları və gələcək imkanları nəzərə alaraq, bu tövsiyə və təklifləri əsasında Azərbaycan ali təhsil sisteminin spesifik ehtiyaclarına cavab verən müzakirə və məsləhət platformasının yaradılmasına və inkişafına dəstəkolmaq məqsədi ilə yazılmışdır.
Layihənin açılıştədbiri
4-6 may 2021-ci tarixlərində Azərbaycan Rektorlar Konfransının yaradılması layihəsinin onlayn formatda açılış mərasimi keçirilmişdir. Mərasimdə tərəfdaş ali təhsil müəssisələrinin rektor və prorektorları, müxtəlif dövlət qurumlarının nümayəndələri, beynəlxalq təhsil qurumları, Avropa ölkələrinin Rektorlar Konfransları və digər təhsil nümayəndələri iştirak etmişdir.
Açılış nitqi ilə çıxış edən Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor ibad Abbasov Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra olunacaq ali təhsil müəssisələrinin birgə fəaliyyətini təmin edəcək bu layihənin fəaliyyətinə uğurlararzulamışdır. Layihə koordinatoru Gülşən Bayramova layihənin məqsəd və hədəfləri, qarşıda duran fəaliyyətlərə dair qısa təqdimat etmiş, layihənin yazılma ehtiyacları və yekunda gözlənilən nəticələrə dair iştirakçılara məlumat vermişdir. Elm və Təhsil nazirin müavini Firudin Qurbanov Rektorlar Konfransının Azərbaycanın təhsil gündəliyindəki əhəmiyyətini və hökumətin bu təşəbbüsü dəstəklədiyini vurğulamışdır. Avropa ittifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas beynəlxalq perspektivləri əlavə edərək, Aİ layihələrinin tərəfdaş ölkələrdə ali təhsil sisteminin təkmil- ləşdirilməsinə təsirindən danışaraq layihənin uğurlu olacağına dair əminliyini bildirmişdir. Magna Charta Universit Observatoriyasının Baş Katibi David J. Lok ali təhsil müəssisələri arasında milli şəbəkələşmənin vacibliyini vurğu- lamış, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Eras- mus Plus proqramının ölkənin təhsil sektorunda rolunu xüsusi qeyd etmişdir.
Tədbirdə həmçinin müxtəlif Avropa Rektorları Konfranslarının nümayəndələrinin fikirləri də səsləndirilmişdir. CRASP-dan Arkadiuş Mezyk (Polşa), CPU-dan Jean- Luc Nahel (Fransa), ARENE-dən Petri Lempinen (Finlandiya), CRUP-dan Joäo Melo Borges (Portuqaliya) və CRUE- dən Maria Teresa Lozano Mellado (İspaniya) Azərbaycan Rektorları Konfransının formalaşması üçün dəyərli fikirlərini təqdim edərək öz modellərini və təcrübələrini bölüşmüşlər.

Layihələr üzrə Direktoru Dr. Christophe Terrasse ali təhsil üçün beynəlxalq şəbəkələşmə imkanlarını müzakirə edərək bu birliyin təhsil islahatlarına göstərəcəyi təsiri xüsusi vurğulamışdır. Mykolas Romeris Universitetindən professor İnqa Zaleniene və KTH Kral Texnologiya institutundan
Stefan Östlund universitet nöqteyi-nəzərindən Rektor Konfranslarının rolu haqqında fikirlərini bölüşmüşlər. Açılış mərasimində həmçinin yerli Azərbaycan universitetlərinin rektorlarının çıxışları dinlənilmiş, onlar Azərbaycan Rektorları Konfransının yaradılmasında ehtiyac və
gözləntiləri müzakirə etmişlər. Onların fikirləri ECAR layihəsinin birgə və hərtərəfli yanaşma əhəmiyyətini vurğulamışdır.
Bu görüş rektorlar, prorektorlar, Elm və Təhsil Nazirliyi, səfirliklər və Avropa təhsil müəssisələrinin nümayəndələri də daxil olmaqla geniş spektrli maraqlı tərəfləri bir araya gətirərək bilik mübadiləsi, əməkdaşlıq və strateji planlaşdırma üçün mühüm platforma rolunu oynamışdır.
Layihənin fəaliyyət planı 2020-2024-cü illəri əhatə edən ECAR layihəsinin fəaliyyətləri 5 əsas iş mərhələsi üzrə planlaşdırılmışdır. Layihənin ilk iş mərhələsi milli səviyyədə universitetlərərası əməkdaşlıq və əlaqələrin mövcud vəziyyətinin müqayisəli təhlilinə həsr edilmişdir. Azərbaycan ali təhsilində maraqlı tərəflər arasında mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə əhatəli sorğu təşkil edilmiş və müxtəlif hədəf kütlələrinə ünvanlanmışdır. Bu maraqlı tərəflərərektorlar, prorektorlar, digər inzibati və akademik heyət, tələbələr, məzunlarvə işəgötürənlərdaxildir. Azərbaycanda ali təhsil müəssisələri və digər maraqlı tərəflərarasında mövcud əməkdaşlıq, ünsiyyət və şəbəkələşmə səviyyəsi ilə bağlı tədqiqat aparmaq məqsədi ilə yerli və xarici tərəfdaş qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılmış və müxtəlif tapşırıqların icrası məqsədilə yaradılmış işçi qrup alt qruplara bölünmüşdür.