“AZƏRBAYCANDA REKTORLAR KONFRANSININ YARADILMASI” (ECAR) ADLI ERASMUS+ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ AVROPA KOMİSSİYASININ AVROPA MƏDƏNİYYƏT, TƏHSİL VƏ AUDİOVİZUAL AGENTLİYİNDƏ GÖRÜŞ BAŞ TUTDU

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən                                                                             “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Milli Erasmus+ Ofisinin dəstəyi ilə Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti 12-17 dekabr tarixlərində Belçikanın Brüssel şəhərində səfərdədirlər. Səfər zamanı mühüm görüşlərdən biri 13 dekabr 2022-ci il tarixində Avropa Komissiyasının Avropa Mədəniyyət, Təhsil və Audiovizual Agentliyində baş tutdu. Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rektor və prorektorları, həmçinin digər məsul şəxlər də daxil olmaqla 19 nəfər nümayəndə iştirak etdi. EACEA-ya edilən səfərdə qonaqları ilkin olaraq Kommunikasiya sektorunun müdiri cənab Wim Vansteenkiste qarşılayaq onlara qurum haqqında ətraflı məlumat verdi.

Görüşün davamında layihə məsləhətçisi xanım Lucia Giannini Ali təhsildə potensialın gücləndirlməsi ilə bağlı geniş nitq söylədi. Avropa Komissiyasının siyasət üzrə mütəxəssisi xanım Kinga Bereza-Husak isə Erasmus + layihələrinin Azərbaycan üçün əhəmiyyəti, nəzərdə tutulan fəaliyyətlər barədə iştirakçıları məlumatlandırdı.
Görüşün sonunda tədbir iştirakçılarının sualları ətraflı şəkildə cavablandırıldı və Azərbaycan nümayəndə heyəti adından “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin meneceri Gülşən Bayramova çıxış edərək maraqlı görüş və müzakirələrə görə təşəkkürünü bildirdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Enquire now

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.